"Real Madrid"dən Kurtua ilə bağlı plan

"Real Madrid"dən Kurtua ilə bağlı plan
21:05 24 Aprel 2019
140 İdman
Ölkə mətbuatı
A- A+

Tibo Kurtua mövsümün sonunda "Real Madrid"dən ayrıla bilər.

Milli.Az Goal.az-a istinadən xəbər verir ki, "kral klubu" yayda belçikalı qolkiperi satmaq istəyir. Madridlilər 26 yaşlı qapıçıdan daha inamlı çıxış gözləsə də, o, ümidləri doğrulda bilmir. Kurtuanın şəxsi həyatının tez-tez şou-biznesdə müzakirə olunması da rəhbərliyin xoşuna gəlmir. İddiaya görə, Zinəddin Zidan növbəti mövsümdən çərçivəni Keylor Navasa tapşırmağı düşünür.

Qeyd edək ki, Kurtua "Real"a mövsümün əvvəlində 40 milyon avroya "Chelsea"dən keçib. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/749548.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR