Milli komandamıza RƏQİB TAPILMADI - AFFA unikal üsula əl atdı

Milli komandamıza RƏQİB TAPILMADI - AFFA unikal üsula əl atdı
10:38 25 Aprel 2019
87 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Azərbaycan Milli Komandası rəqib problemi ilə üzləşib.

Publika.az xəbər verir ki, xorvatiyalı mütəxəssis Nikola Yurçeviçin rəhbərlik etdiyi komandaya Slovakiya və Macarıstanla keçirəcəyi yoldaşlıq görüşlərindən əvvəl hazırlıq matçı üçün rəqib tapılmayıb.

Lakin AFFA problemdən çıxış yolunu unikal şəkildə tapıb. Belə ki, millimiz Slovakiya və Macarıstandan əvvəl Milan Obradoviçin çalışdırdığı U-21 komandamızla qarşılaşacaq.

Görüş iyunun 1-də Mərdəkan qəsəbəsindəki "Dalğa Arena”da keçiriləcək.

Qeyd edək ki, daha əvvəl bu qarşılaşmalar ərəfəsində millinin xarici ölkələrdən birində toplanış keçirəcəyi, ortabab komandalardan biriylə gücünü sınayacağı deyilirdi. Lakin sonradan AFFA bu fikirdən imtina edib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/276693.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR