Astarada torpaq sürüşməsi aktivləşdi - FOTO

Astarada torpaq sürüşməsi aktivləşdi - FOTO
16:48 25 Aprel 2019
90 Ölkə
Ölkə mətbuatı
A- A+

Astara rayonunda torpaq sürüşmələri aktivləşib.

Publika.az xəbər verir ki, yağan leysan xarakterli yağışlar torpaq qatının yumşalmasına səbəb olur ki, bu da tez-tez sürüşmə halları yaradır.

Rayonun Pensər kəndində sürüşmə nəticəsində vətəndaşlara məxsus torpaqlar dağılır və Pensər çayına tökülür. Kənddəki xəstəxanaya aid olan torpaqlarda sürüşmənin qarşısını almaq üçün işlər görülsə də, bu mümkün olmayıb.

Çay kənarında sahilbərkitmə işləri aparılsa da, sürüşmə nəticəsində beton pilitələr yerindən çıxıb. Vəziyyət belə davam edərsə, kənd yolu üçün ciddi problemlər yarana bilər.

Publika.az fotoları təqdim edir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/276752.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR