Mərakeşdə dövlət xəstəxanalarında çalışan 310 həkim “fəlakət” adlandırdıqları səhiyyə sistemindəki problemlərə etiraz olaraq istefa verib.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İctimai Sektor olan Həkimlərin Sənaye Dərnəyi tərəfindən yazılan açıqlama deyilir: “Beni Melal bölgəsində 122 nəfər, Meknesdə 125, şərq bölgəsində isə 63 həkim səhiyyə sistemindəki problemlərə görə istefa verib”.
Açıqlamada bildirilir ki, xidmətlər vətəndaşların tələblərini qarşılamır və səlahiyyətli şəxslərvətəndaşların sağlıq hüquqları məsələsindəki uğursuzluqları həkimlərin üzərinə atırlar. Ancaq problemlərin konkret nədən ibarət olduğu açıqlanmayıb.
Məlumata görə, dövlət xəstəxanalarında çalışan həkimlər 7 min dirhəm (700 dollar) maaş alırlar, özəl xəstəxanalarda çalışan həkimləri isə daha yüksək maaş alırlar.
Günay Elşadqızı / METBUAT.AZ