Onlar vətəndaş müharibəsinə hazırlaşırlar - Kəşfiyyatdan ŞOK İDDİA

Onlar vətəndaş müharibəsinə hazırlaşırlar - Kəşfiyyatdan ŞOK İDDİA
20:13 28 Aprel 2019
84 Digər
Ölkə mətbuatı
A- A+

Almaniya Konstitusiyanı Qoruma Təşkilatı (Daxili Kəşfiyyat Xidməti) ifrat sağçıların vətəndaş müharibəsi ssenarisinə hazırlaşdığı ilə bağlı ehtimalların yer aldığı bir hesabat hazırlayıb.

Publika.az xəbər verir ki, bu haqda Almaniyanın “Welt am Sonntag” qəzeti bildirib.

Hesabata görə, ölkədə şiddət tərəfdarı olan ifrat sağcılardan gələcək təhlükə artıb. Onların təşkilatlar və kiçik qruplar, həmçinin fərdi olaraq ortaya çıxmağa başladığı bildirilir.

Qeyd edilir ki, bir neçə ildir aktiv olan ifrat sağçıların nümayəndələrinin əksəriyyəti 30 yaşındakı kişilərdir. Hesabata görə, onların aralarında polis və əsgərlər də var.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/avropa/277045.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR