Bakıda yeni yol ötürücüsü tikiləcək

Bakıda yeni yol ötürücüsü tikiləcək
11:37 15 Yanvar 2015
128 Sosial
Ölkə mətbuatı
A- A+

Bakılıların çoxu öz günlərini tıxaclarla başlayırlar. Kimlərsə artıq buna öyrəşib. Ancaq çox adam belə tale ilə hələ də barışa bilmir.

Bakının ən çox yüklənmiş yollarından biri Bakı-Sumqayıt yoludur. Ötən il bu yoldan gün ərzində 84438 avtomobil keçib. Ən böyük problem isə "Şamaxinka"nın altından keçən tuneldən 20 Yanvar dairəsinə keçən yolda yaranır.
Yolda yaranan əbədi tıxacların qarşısını almaq üçün "Azəryolservis" nə planlar cızır?

Milli.Az xəbər verir ki, məsələyə aydınlıq gətirmək üçün Day.Az saytının əməkdaşı "Azəryolservis"lə əlaqə saxlayıb. Qurumun mətbuat katibi Pünham Mürsəliyev bildirib ki, hələ ki, məsələ ilə bağlı heç bir müzakirə yoxdur.

Saytın əməkdaşının əldə etdiyi məlumata görə, Bakı şəhəri və ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramına əsasən, Tbilisi prospektinin Zərdabi küçəsilə kəsişməsində yeni yol ötürücüsü tikiləcək. Bu qurğu nəqliyyat axınını Zərdabi küçəsinə və 3-cü mikrorayon dairəsinə yönləndirəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/319140.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR