DGK tibb sahəsində əməkdaşlıq üzrə memorandum imzalayıb (FOTO)

DGK tibb sahəsində əməkdaşlıq üzrə memorandum imzalayıb (FOTO)
16:55 3 May 2019
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Mərkəzi Gömrük Hospitalında Dövlət Gömrük Komitəsi (DGK) Tibbi Xidmət İdarəsi, Florence Nightingale Hastaneler Qrupu və Türkiyə Cümhuriyyəti Demiroğlu Bilim Universiteti arasında üçtərəfli əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Komitədən Trend-ə verilən məlumata görə, memorandumu DGK Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Florence Nightingale Hastaneler Qrupunun icraçı direktoru Sinan Nazif Aran və Demiroğlu Bilim Universitetinin rektoru Çavlan Çiftçi imzalayıb.

Tədbirdə Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov, Mərkəzi Gömrük Hospitalın rəisi Elman Məmmədov və digər rəsmi şəxslər də iştirak ediblər. Bu memorandum tərəflər üçün tibb sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə, inkişafına xidmət edəcək. Əməkdaşlıq çərçivəsində həmçinin Demiroğlu Bilim Universiteti ilə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzi arasında tibbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, müştərək elmi-praktiki konfransların, simpoziumların, ixtisasartırma kurslarının, o cümlədən digər tibbi tədbirlərin təşkili nəzərdə tutulur. Eyni zamanda qurumların mütəxəssisləri arasında fəaliyyət sahələri üzrə teletibb əlaqələrinin qurulması layihəsi də ən qısa zamanda həyata keçiriləcək.

Hər iki ölkənin aparıcı tibb müəssisələrindən olan-Mərkəzi Gömrük Hospitalı və Florence Nightingale Hastaneler Qrupu arasında qurulan əməkdaşlıq bundan sonra əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəlməsinə rəvac verəcək, bu istiqamətdə intensiz iş aparılacaq. Mərkəzi Gömrük Hospitalının və Florence Nightingale Hastaneler Qrupunun aparıcı mütəxəssislərinin iştirakı ilə keçiriləcək qarşılıqlı elmi-praktiki tədbirlər, müştərək elmi-tədqiqat işləri, tibbi araşdırmalar, birgə əməkdaşlıq nəticəsində ölkəmizdə tibbdə yeniliklərin tətbiqinə, yeni elmi nailiyyətlərin əldə edilməsinə və bu sahənin inkişafına öz töhfəsini verəcək.

Qeyd edək ki, imzalanma mərasimindən sonra qonaqlar Mərkəzi Gömrük Hospitalında yaradılan şəraitlə yaxından tanış olaraq qaraciyər və böyrək transplantasiyası, yeni doğulmuş xəstə uşaqlarda aparılan ürək əməliyyatları haqqında ətraflı məlumat alıblar. Qeyd edilib ki, hospital tibbi və texniki təchizatına, qaraciyər və böyrək transplantasiyası kimi keçirilən əməliyyatlara görə Azərbaycanda ən müasir standartlara cavab verən tibb müəssisəsidir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3056850.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR