Expressbank-ın fotomüsabiqəsi davam edir

Expressbank-ın fotomüsabiqəsi davam edir
12:03 15 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 15 yanvar /Trend/

Xəbər verdiyimiz kimi, Expressbank 28 Mall ticarət mərkəzində, Instagram və Facebook istifadəçiləri arasında “Gülə-gülə Yeni İlə” adlı fotomüsabiqə keçirir. Müsabiqənin I mərhələsi sona çatıb və II mərhələyə start verilib.

I mərhələnin şərtlərinə görə, 13 yanvar 2015-ci il tarixinədək iştirakçılar 28 Mall ticarət mərkəzində olan Expressbank-ın şam ağacının fonunda təbəssümlə şəkil çəkdirməli və #smilecard2015 haştegi ilə şəxsi Instagram səhifələrinə yerləşdirməli idilər.

II mərhələnin şərtlərinə görə isə, seçilən 10 şəkil Expressbank-ın Facebook səhifəsində yerləşdirilib və “like”lar vasitəsilə səsvermə keçirilir. Fotolarla Bankın rəsmi Facebook səhifəsində tanış olmaq olar – https://www.facebook.com/media/set/?set=a.874228699294117.1073741829.151990304851297&type=3 .

26 yanvar 2015-ci il tarixinədək keçirilən müsabiqənin ilk 3 qalibinə müvafiq olaraq Visa Platinum + 500 AZN, Visa Gold + 300 AZN və Visa Classic + 100 AZN təqdim olunacaq. Digər 7 iştirakçıya isə Expressbank adından korporativ hədiyyələr veriləcək.

Expressbank-ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 5000-dək POS terminal və 140-dək ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR