Ötən gün Ankaraya səfər edən Azərbaycan prezidenti İlham Əliyev Türkiyə cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün mavzoleyini ziyarət edib.
ANS PRESS-in məlumatına görə, o, Atatürkü hörmətlə anıb, xatirəsini yad edib.
Bu gün İ.Əliyevin rəsmi qarşılanma mərasimi də olacaq. Daha sonra prezidentlər arasında görüş nəzərdə tutulub.
Bu gün həmçinin Ankarada Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə yüksək səviyyəli strateji əməkdaşlıq şurasının 4-cü iclası keçiriləcək. Baş tutacaq görüşlərdə şuranın toplantısı çərçivəsində birgə fəaliyyətlər, iki ölkə arasinda əlaqələr və əməkdaşlığın inkişafı müzakirə olunacaq. Görüşdə iki ölkəni maraqlandiran regional və beynəlxalq vəziyyətlə bağlı da fikir mübadiləsi aparılacaq.
Prezidentlərin birgə mətbuat konfransı keçirəcəyi də planlaşdırlıb.
Qeyd eədk ki,Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidentini də son günlər böyük səs küyə səbəb olan 16 əsgər ilə qarşılayacaq. Türk mətbuatının məlumatına görə, Fələstin lideri Mahmud Abbasla görüşdə prezident sarayında 16 türk dövlətini təmsil edən əsgərlərin dayanması maraqla qarşılanmışdı.