Suriya ordusunun əsgərləri Hələb yaxınlığındakı üç yaşayış məntəqəsindən silahlı "Milli Azadlıq Cəbhəsi" silahlı qruplaşmanın döyüşçülərini cıxarıblar.

Milli.Az Trend-ə istinadən bildirir ki, həmin birləşmələr Tel-Rafaat şəhəri yaxınlığındakı hökumət qoşunları ilə təmasda yerləşən üç kəndi - Miranaz, Əl-Məlikiyə və Şavaqra kəndlərini ələ keçiriblər.

Buna cavab olaraq Suriya qoşunları silahlılara güclü zərbələr endirib və onları tutduqları əraziləri tərk etməyə məcbur ediblər.

Milli.Az