Tərtər, 6 may, AZƏRTAC
Tərtər şəhərindəki Gənclər Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə ümumtəhsil məktəblərinin 11-ci sinif şagirdləri arasında bilik yarışı keçirilib.
AZƏRTAC xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin gənclər və idman idarəsi, təhsil şöbəsi və Yeni Azərbaycan Partiyası rayon təşkilatı ilə birgə keçirdiyi yarışda 16 ümumtəhsil məktəbinin komandası iştirak edib.
Gərgin mübarizə şəraitində keçən yarışda daha yüksək nəticə göstərən şəhər 5 nömrəli tam orta məktəbin komandası birinci, 2 nömrəli tam orta məktəbin komandası ikinci, Qaradağlı kənd tam orta məktəbinin komandası üçüncü yeri tutub. Qalib komandalara diplom və hədiyyələr verilib.
Tərtərdə keçirilən bilik yarışının qalibləri mükafatlandırılıblar