"Report" xəbər verir ki, Rotterdamın "De Kuyp" stadionunda keçən görüş 4:0 hesabı ilə Amsterdam klubunun xeyrinə başa çatıb.
Bununla da "Ayaks" tarixində 19-cu dəfə Niderland Kubokunun qalibi olub və bu, turnirdə rekord hesab olunur.
Eyni zamanda "Ayaks" Niderland çempionatının turnir cədvəlində birinci yerdə qərarlaşıb və Çempionlar Liqasının yarımfinal mərhələsində mübarizə aparır.
Niderland Kuboku. Final
"Villem II" – "Ayaks" - 0:4
Qollar: 0:1 – Blind – 38, 0:2 – Huntelar – 39, 0:3 – Huntelar – 67, 0:4 – Nissen – 76.