Dəmir yolundan mis oğurlamaq istədilər, iş başında yaxalandılar

Dəmir yolundan mis oğurlamaq istədilər, iş başında yaxalandılar
11:54 6 May 2019
78 Digər
Ölkə mətbuatı
A- A+

Zabrat stansiyasının ərazisindən mis tərkibli naqillərin oğurlanmasının qarşısı polislər tərəfindən alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus təmir işlərinin aparıldığı Zabrat stansiyasının ərazisindən 5 metr hündürlükdən gedən mis tərkibli naqillərin oğurlanmasının qarşısı alınıb.

Belə ki, ərazidə olan Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşları naqilləri kəsərək oğurlamağa cəhd göstərən paytaxt sakinləri əvvəllər məhkum olunmuşlar Ələsgər Novruzov və Famil Qədirov saxlanılıblar. Onların üzərlərinə baxış keçirilən zaman naqilləri kəsmək üçün istifadə etdikləri alətlərdə maddi sübut kimi aşkar edilərək götürülüb.

Qeyd olunan faktla bağlı Sabunçu Xətt Polis Şöbəsində təhqiqat araşdırmaları davam etdirilir. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/313635

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR