Bakıda 17 yaşlı gənc

Xanəliyev Nicat Emin oğluna qol və qarın nahiyyəsindən daxilə nüfuz edən yaralarla müşayiət olunan bıçaq yaraları yetirilib.

Metbuat.az-a daxil olan məlumata əsasən, hadisə 20:00 radələrində Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivi, 131 saylı binanın qarşısında yerləşən 279 saylı məktəbin həyətində baş verib.

1975-ci ildə anadan olmuş Günəşli qəsəbəsi, Q massivi, ev 14, mənzil 15-də yaşayan Rəsulov Asif Ələnur oğlu 05.05.2019-cu il tarixində 102 xidmətinə məlumat verərək bildirmişdir ki, onunla eyni ünvandayaşayan 2002-ci il təvəllüdlübacısı oğlu Xanəliyev Nicat Emin oğluna 05.05.2019-cu il tarixində naməlum şəxs bicaq yaraları yetirib.

Məlumat əsasında hadisə yerinə baxış keçirilib, izahatlar alınıb, məhkəmə-tibb ekspertizası təyin edilib əməliyyat tapşırığı verilib və digər zəruri hərəkətlər yerinə yetirilib. Hazırda həmin fakt üzrə CM-nin 126.1-ci maddəsi ilə Suraxanı RPİ-nin İŞ-i tərəfindən istintaq aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR