Fransanın Paris Val de Seine Memarlıq Məktəbinin dosenti AzMİU-da mühazirə oxuyub

Fransanın Paris Val de Seine Memarlıq Məktəbinin dosenti AzMİU-da mühazirə oxuyub
11:55 7 May 2019
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Fransanın Paris Val de Seine Memarlıq Məktəbinin dosenti, Fabien Bellat Azərbaycan Memarlıq və İnşaat Univeristetinin (AzMİU) tələbələri üçün "Sovet memarlığı və urbanizasiya" mövzusunda mühazirə oxuyub. Fransalı qonağın "Sovet memarlığı və urbanizasiya" mövzusunda geniş prezentasiya ilə təqdim olunan mühazirəsi tələbələrin böyük marağına səbəb olub və sonda qonaq tələbələrin çoxsaylı suallarını cavablandırıb.

Məlumat üçün qeyd edək ki, F.Bellat fransız memarlıq tarixçisi kimi sovet və Şərq memarlığı üzərində işləyir, Fransanın, Kanadanın və Rusiyanın bir neçə ali təhsil ocağında dərs deyib, Versal qəsrində Le Notre sərgisinin elmi qrupunda iştirak edib, bir çox sərgilərin və memarlıq tarixi ilə bağlı kitabların müəllifidir.

Fransa Respublikasının Azərbaycandakı səfirliyinin AzMİU-nun Xarici əlaqələr şöbəsi ilə əməkdaşlığı çərçivəsində universitetdə qonaq olan fransız memarlıq tarixçisi əvvəlcə Beynəlxalq əlaqələr üzrə prorektor, professor Nərgiz Abdullayeva ilə görüşüb. Bakıya səfərinin məqsədinin Stalin dövründə şəhər memarlığına aid kitabın hazırlığı olduğunu söyləyən qonaq çalışdığı Memarlıq Məktəbi ilə AzMİU arasında əməkdaşlığın qurulmasında maraqlı olduğunu vurğulayıb.

Qonağı salamlayan N.Abdullayeva AzMİU haqqında ətraflı məlumat verərək, hər iki təhsil müəssisəsi arasında əməkdaşlığın qurulmasından məmnunluğunu ifadə edib. Prorektor təhsil ocaqları arasında anlaşma memorandumunun, eləcə də tələbə və müəllim mübadiləsi üçün protokolun imzalanmasının ikitərəfli əlaqələrin inkişafına köməklik göstərəcəyini bildirib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3058277.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR