“6 milyona yaxın insan dövlət xətti ilə müayinədən keçəcək” - Prezident

“6 milyona yaxın insan dövlət xətti ilə müayinədən keçəcək” - Prezident
13:34 7 May 2019
76 Digər
Ölkə mətbuatı
A- A+

“Bu il 6 milyona yaxın insan dövlət xətti ilə müayinədən keçəcək”.
 
ONA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev Qobustan Rayon Mərkəzi Xəstəxanasının açılışında bu tibb ocağının kollektivi ilə görüşdə bildirib.
 
Dövlət başçısı deyib ki,  bu proqram bir neçə ildir uğurla icra edilir: “Hesab edirəm ki, bu, dünya miqyasında artıq özünü tam doğrultmuş bir təcrübədir. Dövlət xəstəxanalar, diaqnostika mərkəzləri tikir, vətəndaşlara imkan yaradır ki, pulsuz müayinədən keçsinlər. Həm paytaxtda, həm böyük şəhərlərdə, həm də əhalisi o qədər də böyük olmayan rayonlarda bütün digər sosial obyektlər yaradılır”.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/313796

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR