Sumqayıt Bulvarı genişləndirilir

Sumqayıt Bulvarı genişləndirilir
03:32 8 May 2019
108 Ölkə
Ölkə mətbuatı
A- A+

Sumqayıt Bulvarının ərazisi şimala doğru 1 kilometr artırılır. Hazırda 106 hektar olan bulvarın ərazisi daha 32 hektar genişləndirilir.

Milli.Az xəbər verir ki, bu barədə AZƏRTAC-a Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib.

Qeyd olunub ki, ərazidə uşaqların səmərəli istirahətini təmin etmək məqsədilə əyləncə mərkəzlərinin, müxtəlif attraksionların quraşdırılması nəzərdə tutulub. Yeni ərazidə restoranlar tikiləcək, fəvvarə quraşdırılacaq. Bununla yanaşı, Xəzərin sahilində çimərlik zonası salınacaq, 292 ədəd istirahət otaqlarının da inşa edilməsi planlaşdırılır.

Genişləndirilən ərazidə 40 min kvadratmetr gəzinti zolağı, 16 metr enində yol və yaşıllıq zolağı salınacaq. Bu yol şəhərin Səməd Vurğun küçəsinə birləşdiriləcəyi bildirilir. Bulvar ərazisinin ikinci hissəsi bu ilin noyabr ayında Sumqayıtın 70 illik yubileyi ərəfəsində əhalinin istifadəsinə veriləcək.

Xatırladaq ki, ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometr olan Sumqayıt Bulvarı 2016-cı ildə salınıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/752922.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR