Azərbaycanın bank sektoru bu ilin I rübündə 124 milyon manat xalis mənfəət əldə edib

Azərbaycanın bank sektoru bu ilin I rübündə 124 milyon manat xalis mənfəət əldə edib
11:47 8 May 2019
60 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın bank sektoru bu ilin yanvar-mart aylarında 123,9 milyon manat xalis mənfəət əldə edib. Halbuki sektor ötən ilin eyni dövründən 55,9 milyon manat xalis zərərlə çıxmışdı.
“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, 3 ay ərzində bankların faiz gəlirləri 483,2 milyon manat (illik müqayisədə 12,9% çox), faiz xərcləri 140,7 milyon manat (7,4% az), qeyri-faiz gəlirləri 145,2 milyon manat (26,8% çox), qeyri-faiz xərcləri 248,9 milyon manat (2,55% çox), aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ayırmaları 122,8 milyon manat (37,8% az), digər gəlirləri 23,4 milyon manat (16,7 dəfə çox), mənfəət vergisi ödəmələri isə 15,5 milyon manat (2 dəfə çox) təşkil edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanin-bank-sektoru-bu-ilin-i-rubunde-124-milyon-manat-xalis-menfeet-elde-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR