İsrailin baş naziri: "İrana nüvə silahına yiyələnməsinə imkan verməyəcəyik"

İsrailin baş naziri: "İrana nüvə silahına yiyələnməsinə imkan verməyəcəyik"
13:47 8 May 2019
60 Digər
Ölkə mətbuatı
A- A+

“Biz İrana nüvə silahına yiyələnməsinə imkan verməyəcəyik”.
“Report” "News.ru"ya istinadən xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu İranın nüvə razılaşmasından qismən çıxması qərarına münasibət bildirərkən deyib.
“İranın nüvə proqramını davam etdirmək niyyətində olduğunu eşitdim. Biz İrana nüvə silahına yiyələnməsinə imkan verməyəcəyik”, - İsrail hökumətinin başçısı vurğulayıb.
O bildirib ki, yəhudi dövlətinin varlığını təhdid edənlərə qarşı İsrail mübarizəni davam etdirəcək.
Qeyd edək ki, İran prezidenti Həsən Ruhani mayın 8-də ölkəsinin nüvə razılaşmasından qismən çıxacaqlarını bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-srailin-bas-naziri-i-rani-hedeleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR