Gözlənilməz bahalaşma

Gözlənilməz bahalaşma
12:51 15 Yanvar 2015
120 Digər
Ölkə mətbuatı
A- A+

Dünya bazarında Light və Brent markalı neftin qiymətlərində bu gün səhərdən sıçrayış qeydə alınıb. Belə ki, bir barel neft 3,22 dollar bahalaşaraq 49,8 dollara satılıb. Bu, 2013-cü ilin avqustundan bəri ən böyük birdəfəlik bahalaşmadır.

ANS PRESS-in məlumatına görə, qiymətin yüksəlişi ABŞ-dakı neft ehtiyyatlarının həcmi haqqında həftəlik məlumatların açıqlanmasından sonraya təsadüf edir. ABŞ-ın Enerji İnformasiya Agentliyinin (EİA) hesabatına əsasən, ötən həftə ölkədə 5,4 milyon barel neft və yanacaq hasil olunub ki, bu da gözləniləndən təxminən 10 dəfə çoxdur.

Ekspertlər deyirlər ki, neft qiymətlərində dönüşün yaranmasından danışmaq hələ tezdir, çünki qiyməti yenidən əsaslı şəkildə qaldıra biləcək addım, neft hasillatının azaldılması baş verməyib.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=319843

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR