Bakı, 7 may, AZƏRTAC
Mayın 7-də Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının Gənclər Birliyi və “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyi Azərbaycan dövlətinin xilaskarı və banisi Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə əlil və sağlamlıq imkanları məhdud olan uşaqlar üçün bayram şənliyi təşkil edib.
AZƏRTAC xəbər verir ki, tədbirdə YAP Nizami rayon təşkilatının Gənclər Birliyinin sədri və “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin təsisçisi Sevinc Abdullayeva çıxış edərək müstəqil Azərbaycanda bütün çətinliklərə sinə gələrək hüquqi, demokratik dövlət quruculuğunu müvəffəqiyyətlə həyata keçirən ulu öndər Heydər Əliyevin ölkəmizin əvəzolunmaz inkişaf konsepsiyasını hazırladığını deyib. Bildirilib ki, artıq dünyanın ən aparıcı dövlətləri, Azərbaycan ilə daha çox hesablaşır və ölkəmizlə bütün sahələrdə tərəfdaşlığa böyük maraq göstərirlər. Azərbaycanın haqq səsi dünyanın ən mötəbər beynəlxalq tribunalarından daha əzəmətlə səslənir. Bütün bunlar məhz ulu öndər Heydər Əliyevin siyasətinin qələbəsidir.
S.Abdullayeva ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından söhbət açıb, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu sahədəki fəaliyyətindən danışıb.
Çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva dahi lider, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb, Ulu Öndərin ölkəmizin tarixindəki əvəzsiz xidmətlərindən, bu gün sürətlə davam edən Azərbaycanın inkişafı üçün qoyduğu bünövrədən geniş söhbət açıb. Qeyd olunub ki, dahi rəhbər Heydər Əliyevin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmiz dünyanın sayılan-seçilən, ən güclü və qüdrətli dövlətlərindən birinə çevrilib.
Nizami rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova çıxış edərək Ümummilli Liderin zəngin həyat və fəaliyyətindən söhbət açıb, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə gördüyü böyük işlərdən, müstəqil dövlətimizin yaranmasında, möhkəmləndirilməsində və beynəlxalq aləmdə tanıdılmasında əvəzsiz xidmətlərindən, dahi şəxsiyyətin məqsədyönlü siyasətinin əhəmiyyətindən danışıb.
Sonra “Qayğı” Uşaq Reabilitasiya Mərkəzinin və Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin himayəsində olan uşaqlar şerlər söyləyib, müxtəlif rəqslər və mahnılar ifa ediblər. Həmçinin, uşaqlar üçün konsert proqramı təşkil olunub, müxtəlif oyunlara, şən klounların iştirakına yer verilib.
Tədbirdə əlil və sağlamlıq imkanları məhdud olan uşaqlar üçün bayram süfrəsi açılıb, onlara hədiyyələr verilib.

“Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyi əlil və sağlamlıq imkanları məhdud olan uşaqlar üçün bayram şənliyi təşkil edib