Qarabağdan danışıldı

Qarabağdan danışıldı
16:01 15 Yanvar 2015
127 Dünya
Ölkə mətbuatı
A- A+

Bu dəqiqələrdə Türkiyə və Azərbayacan prezidentlərin birgə mətbuat konfransı keçirilir.

ANS PRESS-in məlumatına görə, konfransda Türkiyə prezidenti çıxış edərək iki ölkə arasındakı əlaqələrdən danışıb. R.T.Ərdoğan birlikdə həyata keçirilən böyük layihələr barədə məlumat verib.

Daha sonra Azərbaycan prezidenti İlham Əliyev danışıb. O qeyd edib ki, bu gün keçirilən toplantıda müzakirə olunan məsələlər Türkiyə-Azərbaycan arasında münasibətləri daha yüksək səviyyəyə çatdıracaq.

"Türkiyə Azərbaycanı "G-20"yə dəvət etdi. Bu bizim üçün şərəfdir. Bu dəvətə görə və qonaqpərvərliyə görə cənab Ərdoğana minnətdaram. Toplantıda isə müzakirələr aparılıb və qərarlar verilib. Biz Türkiyədən xeyli silah-sursat alırıq. Müdafiə sahəsində danışıqlarımız oldu. Türkiyə nə qədər güclü olarsa, bizim də gücümüz o qədər çox olacaq", - deyə İlham Əliyev bildirib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR