Qax, 7 may, Mustafa Dadaşov, AZƏRTAC
Qax Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə keçirilən mini futbol üzrə şəhər birinciliyinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, rayon gənclər və idman idarəsi və YAP Qax rayon təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə aprelin 15-dən davam edən birincilikdə rayonun müəssisə və təşkilatlarını təmsil edən 11 komanda mübarizə aparıb.
Birinciliyin mayın 7-də keçirilən final oyununda “El Resort” otelinin “Uluyurd” və rayon Qaz İstismar Sahəsinin komandaları qarşılaşıblar. Rəqiblərini 5:2 hesabı ilə məğlub edən otel təmsilçiləri birinciliyin qalibi adını qazanıblar. Üçüncü yer uğrunda qarşılaşmada rayon təhsil şöbəsinin komandası Sukanal İdarəsinin təmsilçilərini 4:2 hesabı ilə məğlub edib.
Birinciliyin qalibləri kubok, medal, diplom və idman geyimləri ilə mükafatlandırılıblar.
Qaxda Ulu Öndərin xatirəsinə həsr olunmuş mini futbol yarışlarına yekun vurulub
Qaxda Ulu Öndərin xatirəsinə həsr olunmuş mini futbol yarışlarına yekun vurulub