İyunun 17-də Bakıda BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyası işinə başlayıb.
Metbuat.az bildirir ki, "İrsimizi qoruyaq: sosial, mədəni və ekoloji davamlılıq" başlığı atlında keçirilən sessiyada "Turizm və davamlılıq", "Yerli səviyyədə davamlılığın artırılması", "Turizm və daxiletmə: sosial ölçü", "Turizm və mədəni qoruma" mövzularında tematik müzakirələr keçirilib.
37 ölkədən və 5 beynəlxalq təşkilatdan rəsmi dövlət nümayəndələrinin iştirak etdiyi tədbir 18 iyunadək davam edəcək.
Tədbirdə Ümumdünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili, təşkilatın İcraiyyə Şurasının sədri Çarls Banda və Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev açılış nitqi ilə çıxış ediblər.
Qonaqları salamlayan Fuad Nağıyev son illərdə Azərbaycanda turizmin inkişafı üçün atılan addımlar, ölkə xaricində aparılan təbliğat işləri, Azərbaycanın yeni turizm brendi, milli mədəni irsin qorunması üçün görülən tədirlər barəsində məlumat verib.
Turizmdə etik normaların vacibliyindən danışan Fuad Nağıyev Azərbaycanın işğal olunmuş torpaqlarında mövcud olan mədəni irs nümunələrinin məhv edilməsini, beynəlxalq hüquq normalarının işğalçı Ermənistan tərəfindən kobudcasına pozulması faktını sessiya iştirakçılarının diqqətinə çatdırıb.
Agentlik sədri BMT-nin Ümumdünya Turizm Təşkilatının "Münaqişə zonalarının turizm məkanı kimi və turizmin qanunsuz məqsədlər üçün istifadəsinin qarşısının alınması" qətnamə layihəsi ilə bağlı qərarını yüksək qiymətləndirərək, qərarların tövsiyə xarakterli deyil, məcburi qüvvədə olmasının məqsəduyğunluğunu bildirib.
Ümumdünya Turizm Təşkilatının 158 üzvü var. Azərbaycan BMTÜTT-ə 2001-ci ildə üzv olaraq qəbul olunub. Azərbaycan 2013-cü ildən təşkilatın İcraiyyə Şurasında təmsil olunur və qurumun qərar qəbuletmə prosesində fəal iştirak edir.
Xatırladaq ki, 2018-ci ildə İspaniyanın San-Sebastian şəhərində keçirilmiş BMT-nin Ümumdünya Turizm Təşkilatının (BMTÜTT) İcraiyyə Şurasının 108-ci sessiyasında 110-cu sessiyanın Azərbaycanda keçirilməsi ilə bağlı yekdilliklə qərar qəbul olunub.
Azərbaycan Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasına ev sahibliyi edir
Həmçinin oxu
Azərbaycanla bu ölkə arasında viza qaldırıla bilər
metbuat.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Vüsal Nəsirli onlara vəzifə verdi - FOTO
Bu gün
·
17:02
Cəbrayılda mina partladı - Xəsarət alan var
Bu gün
·
16:39
Azərbaycanda 923 uşaq övladlığa verilib
Bu gün
·
16:31
Hasil Abbasov ona vəzifə verdi
Bu gün
·
16:20
Azərbaycan və Ermənistan nümayəndələri TRIPP üzrə görüş keçirib
Bu gün
·
16:10
Məleykə Əsədovanın ailəsinə ağır itki - FOTO
Bu gün
·
15:56
Azərbaycan bu ölkəyə neft ixracını azaldıb
Bu gün
·
15:42
Pensiya hesablanması dəyişir - Kim nə qədər alacaq?
Bu gün
·
15:28
Prezident onu vəzifədən azad etdi - YENİ TƏYİNAT
Bu gün
·
15:24
9 kiloqramlıq qızıl külçə tapdı - 750 min dollara satıldı
Bu gün
·
15:15
Xəsarət alan müavin Qurbanovun qohumu imiş - FOTO
Bu gün
·
15:07
ADY Çindən qəbul etdiyi blok-qatarların sayını artırıb
Bu gün
·
15:04
Naxçıvanda vergi daxilolmaları artıb
Bu gün
·
14:39
Azərbaycan fındıq ixracını artırıb
Bu gün
·
14:16
Avtobus marşrutlarına onlayn bilet satışı artıb
Bu gün
·
13:47