Pendir, bığ və həyatın gözəlliyi - MƏSLƏHƏT

Pendir, bığ və həyatın gözəlliyi - MƏSLƏHƏT
23:57 15 Yanvar 2015
142 Sosial
Ölkə mətbuatı
A- A+

Milli.Az modern.az-a istinadən həyatı gözəl görməyin Maksvel üsulunu təqdim edi.

Ədəbiyyat üzrə Nobel mkafatı laureatı Con Maksvelin “Qalib gələn münasibət” adlı kitabında maraqlı bir detal var:
Belə ki, Maksvel yatarkən sevimli nəvələri onun bığına pis qoxulu Limburger pendirini sürtürlər. Qəfildən yuxudan ayılan Maksvel həqiqətin fərqinə varmayıb ətrafdan çox pis iy gəldiyini hiss edir. İyin mənbəyini bığlarında görməyib mətbəxə keçir. Bığları da özündə olduğu üçün təbii ki, mətbəxdə də həmin iyi hiss edir.
 
Təmiz havaya çıxır və orada da həmin iyi qoxulayanda artıq səbri tükənir və: “bu nədir, hər yandan çox pis iy gəlir” deyərək hiddətlənir. Amma siz də gördünüz ki, iyi hasil edən yeganə səbəb onun bığları idi ki, Maksvel də yuxulu halda bunu hiss edə bilmədi. Amma bundan çox gözəl nəticə çıxardı.
 
O anladı ki, insan pisliyi, mənfi təzahürün yatdığı əsas mənbəni (burada bığları) zərərsizləşdirə bilmədiyi üçün ətrafda hər şey bu mənfiliyə düçar olur. Əslində “pis qoxunun” yəni, pis vərdişin, pis düşüüncənin episentri olan məkanı yox etsək, həyat gözəlləşər. Bizim işimiz həmin səbəbi tapıb onu zərərsizləşdirməkdir. O səbəb yox olandan sonra həyat insana gözəl görsənir.
 
İnanın, insanların çoxu Maksvelin günündədirlər. Bircə “bığlar”ına görə ətrafda hər şeyi pis qəbul edirlər.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/51460.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR