x
Loading...

“Sinerjy-Baku” komanda hesabında “Tour d`Azerbaidjan-2015” veloturunun qalibi olub

15:23 10 May 2015
38 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 10 may, AZƏRTAC 
Mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş “Tour d`Azerbaidjan-2015” veloturu başa çatıb.
AZƏRTAC xəbər verir ki, yarışların yekunlarına görə, komanda hesabında birinci yeri Azərbaycanın “Sinerjy-Baku” komandası tutub.
“Sinerjy-Baku”nun şərəfini qoruyan Aleksandr Surutkoviç ən yaxşı dağ yürüşçüsü kimi qırmızı mayka, “Adria Mobayl” komandasından Marko Kump ən yaxşı sprinter kimi yaşıl mayka, “Dukla”nın nümayəndəsi Frantişek Sisr ən yaxşı gənc veloyürüşçü kimi yasəməni mayka, “Tour d`Azerbaidjan-2015” veloturunun ən yaxşı veloyürüşçüsü olmuş Primoj Roqlits (“Adria Mobayl”) mavi mayka alıb.
“Sinerjy-Baku”nun velosipedçisi Maksim Averin veloturda Azərbaycanı təmsil edən ən yaxşı iştirakçı sayılıb.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sinerjy_Baku_komanda_hesabinda_Tour_dAzerbaidjan_2015_veloturunun_qalibi_olub-853955

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR