Baykerlərimizin yürüşündə önəmli rəmz (VİDEO)

Baykerlərimizin yürüşündə önəmli rəmz (VİDEO)
00:36 11 May 2015
42 Digər
Ölkə mətbuatı
A- A+

Həftə dolu oldu. Yəni Qələbə günü də oldu, Avropa Oyunlarının məşəli ölkənin bütün regionlarını yenə də dolaşdı, başqa hadisələr də oldu, amma bu gün may ayının 10-dur və bu gün şəriksiz olaraq Heydər Əliyevə məxsusdur. Elə ona görə də Vahid Mustafayevin flaqmanlığı ilə “Heydər Əliyev yolu ilə” motoyürüşə çıxan "Harley Devidson HOG Baku” qrupunun üzvləri Bakı - Naxçıvan marşrutu ilə yürüş keçiriblər.

“Bu yürüşdə 10 nəfərdən ibarət bayker qrupu iştirak edir. Tur Bakıdan başlayıb, İrandan keçməklə Naxçıvanda Heydər Əliyev yaşadığı evin yanında sona çatacaq”. – deyə ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev qeyd edib.

Onlar yolüstü İran İslam Respublukasına bir sıra şəhərlərində dayanıblar ki, burada da özünəməxsus bir rəmz var. Yəni Heydər Əliyev bütün azərbaycanlıları birləşdirir. Və onun təsadüfən ən sevimli Şairi Məhəmmədhüseyn Şəhriyar deyildi...

Mənbə
Hesabat: Mir Şahin



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=343627

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR