Ümumilli lider Heydər Əliyevin 92 illiyilə bağlı İrandan keçməklə Naxçıvana yürüş edən “Baku HOG Azerbaijan” qrupunun üzvlərinin yürüşü bitib. ANS PRESS-in məlumatına görə, artıq baykrlərimiz paytaxt Bakıya qayıtmaq üçün yola çıxıblar.

Yürüşdə iştirak edən ANS Şirkətlər Qrupunun prezidenti, BAKU HOG AZERBAIJAN-ın direktoru Vahid Mustafayev təəssüratlarını ANS ÇM radiostansiyası ilə bölüşüb.

O, qeyd edib ki, karvan şəklində yola çıxan baykerlər Culfadan sərhəd-keçid məntəqəsindən İrana keçəcəklər. Buradan isə Bakıya üz tutacaqlar.

Bayker qrupunun rəhbərinin sözlərinə görə, yol uzun və çətin olsa da "Harley Davidson"lu baykerlər özlərini çox gözəl hiss edirlər. Onların hər birinin altında ən azı 90 at var.

"Bütün Naxçıvan əhalisinə, rəhbərliyə, bizim yolumuzu, missiyamızı dəstəkləyən hər kəsə qrupumuz adından təşəkkür edirəm. Bizi möhtəşəm şəkildə qarşıladılar, tədbirlər yüksək səviyyədə keçdi. Burada biz Naxçıvan Muxtar Resspublikasının gənclər naziri ilə görüşdük. Hər şey çox gözəl oldu. Bizim gəzdiyimiz, gördüyümüz tarixi abidələr, muzeylər və digər məkanlar yüksək səviyyədə turistləri qəbul etməyə hazırdır. Hər biri işlək vəziyyətdədir. Bu keçən ilki Avropa turundan heç nəyi ilə fərqlənmir".

V.Mustafayev Yürüş “Heydər Əliyev yolu ilə” şüarı altında keçirilən yürüş zamanı ümumilli liderin adını daşıyan Heydər Əliyevin oxuduğu məktəb, onun evini, adını daşıyan muzeyi ziyarət etdiklərini deyib.

"İndi evə qayıtdığımız üçün çox şadıq. Sərhəd məntəqəsindən keçəndən sonra 300 km ərazi keçəcəyimizi düşünürəm. İran yolu ağır yoldur. Hər şeydən əvvəl ona görə ki, bizin yolumuz Araz çayının sahilindən keçir. Burada isə ermənilər tərəfindən işğal edilən Cəbrayıl, Zəngilan rayonlarını da görürük. Bu torpaqlarda indi hər şey acınacaqlı və bərbad vəziyyətdədir.
Ermənilər özləri orada yaşamasalar da bacardıqları qədər evlərə, binalara, infrastruktura ziyan vurub, hər şeyi talayıblar. İnşallah torpaqlarımız azad olacaq və mən inanıram ki, biz Arazın bu tayı ilə yox, o biri tayı ilə, öz torpaqlarımızdan keçərək Naxçıvana gedəcəyik".

V.Mustafayev yüksəsk səviyyədə təşkil edilən səfər, tədbirlər üçün Naxçıvan respublikasının rəhbərliyi və yol polisinə öz təşəkkürünü bildirib.

Xatırladaq ki, “Baku HOG Azerbaijan” qrupunun yürüşü may ayının 9-da başlayıb. Bu səfər "Harley Devidson HOG Baku"nun təşkilatçılığı, ANS-in informasiya dəstəyi ilə həyata keçirilir.

Vahid Mustafayev: "İnanıram ki, biz Arazın o tayı ilə Naxçıvana gedəcəyik"

Mənbə
ANS PRESS