Ordu hücuma hazırlaşır

Ordu hücuma hazırlaşır
09:51 12 May 2015
45 Dünya
Ölkə mətbuatı
A- A+

"Hazırda üsyançıların nəzarəti altında olan Donetsk hava limanı geri qaytarılacaq"

ANS PRESS-in məlumatına görə, bunu Ukrayna prezidenti Pyotr Poroşenko Donetsk hava limanının geri alınması uğrunda döyüşlər haqqında çəkilmiş "Aeroport" sənədli filminin təqdimatında bəyan edib.

"Mən şübhə etmirəm ki, biz hava limanını azad edəcəyik, çünki bu, bizim torpağımızdır. Və biz hava limanını yenidən bərpa edəcəyik", - deyə Pyotr Poroşenko biildirib.

Qeyd edək ki, 2015-ci illin əvvəllərində Donetsk aeroportu uğrunda separatçılarla Ukrayna ordusu arasında qanlı döyüşlər getmişdi. Ordu separatçıların çoxlu hücumunu dəf etsə də sonda geri çəkilməyə məcbur olmuşdu.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=343874

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR