"Report" xəbər verir ki, N.Patruşev ümummilli lider Heydər Əliyev və görkəmli alim, oftalmoloq Zərifə Əliyevanın xatirəsini hörmətlə anıb, məzarlarının önünə əklil qoyub.
N.Patruşev, həmçinin Şəhidlər xiyabanında olub, Əbədi Məşəl və iki dəfə Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun abidəsinə əklil qoyub.