İsveç Olimpiya Komitəsinin prezidenti: "Bakıya güclü komanda göndərəcəyik"

İsveç Olimpiya Komitəsinin prezidenti: "Bakıya güclü komanda göndərəcəyik"
13:29 12 May 2015
36 İdman
Ölkə mətbuatı
A- A+

"Biz Avropa Oyunlarına hazırlıqlar üçün qısa vaxt qaldığından, olduqca sıx idman təqviminin bəzi idman növləri üçün və ən yaxşı idmançıların iştirak etməsi üçün çətinlik yaradacağından narahat idik. Lakin biz Bakının ev sahibliyi etməsinə qarşı səs vermədik".

 

Bunu APA-ya açıqlamasında İsveç Olimpiya Komitəsinin prezidenti Stefan Lindeberg deyib.

 

S. Linderbeng bildirib ki, İsveç I Avropa Oyunlarında təmsil olunacaq: "Biz Bakıya mümkün olan ən güclü komandanı göndərəcəyik".

 

Olimpiya Komitəsinin prezidenti qeyd edib ki, idman körpü sala, gözləri aça və sərhədlərdən kənar dialoqun başlanğıcı ola bilər.

 

O daha sonra qeyd edib: "İdmanda və Olimpiya Hərəkatında hər bir şəxs üçün hörmət əsasdır. Avropa Oyunları, bütün idman tədbirləri kimi, ev sahibliyi edən ölkədən asılı olmayaraq təbii ki, olimpiya dəyərlərinə uyğun həyata keçirilməlidir. Biz inanırıq ki, Avropa Olimpiya Komitəsi rəhbərliyi hər şeyi olmalı olduğu kimi edəcək".


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/202364

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR