x
Loading...

“TRT Avaz” telekanalında Bakı-2015 Avropa Oyunlarına qarşı aparılan qarayaxma kampaniyası müzakirə olunacaq

16:52 12 May 2015
43 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 12 May 2015 17:48 ]


Bakı – APA. Bakı-2015 Avropa Oyunlarına qarşı qarayaxma kampaniyası Türkiyənin TRT kanalının da diqqət mərkəzindədir.

 

TRT Bakı təmsilçiliyindən APA-ya verilən məlumata görə, TRT AVAZ kanalında yayıma başlayan “7 Gün” verilişinin bu həftə mövzusu “I Avropa Oyunlarına qarşı çirkin oyunlar və həqiqətlər” olacaq.

 

Proqramda I Avropa Oyunlarının bütün detallarından bəhs olunacaq, qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycanın ilk Avropa Oyunlarına uğurla ev sahibliyi edəcəyi vurğulanacaq.

 

Qeyd edək ki, mayın 17-də Bakı saatı ilə 17.20-də TRT AVAZ telekanalında yayımlanacaq proqramın qonaqları professor Elman Nəsirli, dosent Araz Aslanlı və TRT Bakı Təmsilçiliyinin müxbiri Selim Toprak olacaq.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/383225

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR