Kəşfiyyatçı Ankara üçün işləyəcək

Kəşfiyyatçı Ankara üçün işləyəcək
20:56 12 May 2015
35 Dünya
Ölkə mətbuatı
A- A+

Corc Buş Administrasiyası dövründə Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri olmuş Porter Qoss Türkiyə hökuməti üçün işləməyə başlayıb. O, Konqresdə terrorçuluqla mübarizə, enerji təhlükəsizliyi, regionda sabitlik məsələləri ilə bağlı lobbiçilik edəcək.

ANS PRESS-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi yazır.

Bildirilir ki, P.Qoss enerji məsələləri üzrə Türkiyə hökuməti ilə işləmiş «Dickstein Shapiro» hüquq firması üçün baş müşavir kimi işləyəcək, Konqres üzvlərini və administrasiyanı Türkiyə üçün vacib məsələlər barədə və Türkiyəni ABŞ-ın onun maraqlarına təsir göstərəcək addımları barədə məlumatlandıracaq.

ABŞ ilə Türkiyənin Suriyada İŞİD məsələsində mövqeyi haçalanıb. Belə ki, Türkiyə Suriyada prezident Bəşər Əsədin devrilməsinin tərəfdarıdır, ancaq ABŞ yalnız silahlı qrupla mübarizə tərəfdarıdır.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=343980

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR