ABŞ “Trion Supercars” şirkəti yeni avtomobil istehsalına başlayıb.
ANS PRESS-in məlumatına görə, super avtomobil anlayışını daha irəli bir səviyyəyə daşımaq istəyən şirkət çox güclü mühərrikə sahib avtomobil istehsal edəcək. "Nemesis" adlı avtomobilin 2016-cı ildə bazara çıxarılacağı gözlənilir.
Şirkət bahalı avtomobillər bazarında özünə yer tutmaq üçün 1 milyon dollar dəyərində maşın istehsal edəcək.
Super avtomobilin mühərriki 8 silindirli olacaq. Dörd təkərin də çəkmə qabiliyyəti olduğu üçün bu, avtomobilin sürətinə önəmli təsir edəcək.
100 km/s sürəti 2,8 saniyədə yığamğı bacaran avtomobilin maksimum sürətinin 434.5 km/s olduğu deyilir.
Yalnız 50 ədəd istehsal olunacaq modelin ABŞ-dakı satış qiymətinin 1 milyon dollar olacağı deyilir.