Latviya XİN-in dövlət katibi Bakıda siyasi məsləhətləşmələr keçirəcək

Latviya XİN-in dövlət katibi Bakıda siyasi məsləhətləşmələr keçirəcək
13:03 16 Yanvar 2015
99 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir Səba Ağayeva/

Latviya XİN-in dövlət katibi Andreys Pildeqoviçs Bakıda siyasi məsləhətləşmələr keçirəcək. Bu barədə Trend-ə ölkənin Azərbaycandakı səfiri Hardiys Baumanis bildirib.

Onun sözlərinə görə, səfər yanvarın 21-nə planlaşdırılıb.

Pildeqoviçs səfər çərçivəsində Azərbaycan tərəfi ilə Aİ, “Şərq Tərəfdaşlığı”, siyasət və təhlükəsizlik sahəsində məsələləri müzakirə etmək niyyətindədir.

Diplomat qeyd edib ki, iki ölkə arasında daimi əsasda təcrübə mübadiləsi prosesi həyata keçirilir, məsləhətləşmələr aparılır və qarşıdakı səfər həmin məsləhətləşmələrin davamı olacaq.

Baumanis deyib ki, səfər zamanı ikitərəfli məsələlər də müzakirə olunacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR