Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Hərbi Hava Qüvvələrinin aviabazaları ərazilərində tikinti və yenidənqurma işləri davam etdirilir. Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, hərbi obyektlərdəki vəziyyətə baxış keçirmək, həmçinin təmir və tikinti işlərinin keyfiyyətini yoxlamaq məqsədilə Müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 16-da Hərbi Hava Qüvvələrinin hərbi hissələrində olub.
Görülən işlərdən məmnun qalan müdafiə naziri şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirildiyini diqqətə çatdıraraq bu istiqamətdə fəaliyyətlərin sürətlə davam etdirilməsi barədə müvafiq göstərişlər verib.