Ərdoğan Çanaqqala zəfərinin 100-cü ildönümünə Serj Sarkisyanı da dəvət edib

13:22 16 Yanvar 2015
68 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 16 Yanvar 2015 13:04 ]

Bakı – APA. Türkiyə rəhbərliyi Çanaqqala zəfərinin 100-cü ildönümü ilə əlaqədar aprelin 23-24-də keçiriləcək tədbirlərə 102 ölkənin dövlət və ya hökumət başçısını dəvət edib.

APA-nın xəbərinə görə, dəvət olunanların arasında Ermənistan prezidenti Serj Sarkisyan da var. Bunu “Milliyet” qəzetinin yazarı Serpil Çevikcan öz yazısında bildirib.

 

Adının çəkilməsini istəməyən hökumət nümayəndəsi Çanaqqalada döyüşən və şəhid olan əsgərlər arasında bir çox etnik qrupdan olan gənclərin, o cümlədən ermənilərin də olduğunu söyləyib: “Bir növ, birlikdə döyüşmüşük, o səbəblə Sarkisyan da dəvət edildi”.

 

S. Çevikcan yazıb ki, Birinci Dünya müharibəsinin iştirakçısı olan bütün dövlətlərin rəhbərlərinə dəvət göndərilib. Aprelin 23-də İstanbulda dövlət və hökumət başçılarının iştirakı ilə “Sülh Zirvəsi” keçirilməsi planlaşdırılır. Aprelin 24-də isə bütün qonaqların iştirakı ilə Çanaqqalada anım mərasimi keçiriləcək.    

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR