Yaponiyanın Baş naziri Yaxın Şərq ölkələrinə səfərə yola düşüb

Yaponiyanın Baş naziri Yaxın Şərq ölkələrinə səfərə yola düşüb
13:53 16 Yanvar 2015
93 Dünya
Ölkə mətbuatı
A- A+


Tokio, 16 yanvar, AzərTAc 
Yanvarın 16-da Yaponiyanın Baş naziri Şinzo Abe Yaxın Şərq ölkələrinə yola düşüb. NHK televiziya kanalının bu barədə yaydığı məlumatda bildirilir ki, Baş nazirin səfərində məqsəd özünü “İraq və Şam İslam Dövləti” (İŞİD) adlandıran terrorçu qruplaşmanın öz təsirini gücləndirməyə çalışdığı regiona Yaponiyanın maliyyə yardımı göstərməyə hazır olduğunu bildirməkdir.
Səfər çərçivəsində Ş.Abenin Misir, İordaniya, İsrail və Fələstinin liderləri ilə görüşəcəyi bildirilir. Bu, dekabrda Yaponiya Baş nazirinin rəhbərliyi ilə üçüncü Nazirlər Kabinetinin formalaşmasından sonra onun ilk rəsmi səfəridir.
Ş.Abe ilk səfər edəcəyi Misirdə diplomatik əlaqələrin inkişafı və təhlükəsizlik məsələlərini müzakirə edəcək. Baş nazirin regionda sülhün bərqərar olmasına fəal töhfənin verilməsinin onun siyasi məqsədi olduğunu bildirəcəyi gözlənilir. Bu, özünü “İraq və Şam İslam Dövləti” (İŞİD) adlandıran terrorçu qruplaşmanın hərəkətləri ilə vəziyyətin gərginləşdiyi Misir, İordaniya, Türkiyə, Livan və digər ölkələrə maliyyə dəstəyini də əhatə edir.
Vüqar Ağayev
AzərTAc-ın xüsusi müxbiri
Tokio

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yaponiyanin_Bas_naziri_Yaxin_Serq_olkelerine_sefere_yola_dusub-825254

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR