Bakı. Mətanət Nəsibova - Trend:

2019-cu ilin yeddi ayı ərzində Azərbaycan bankları tərəfindən biznes strukturlarının kreditləşməsi həcmi 2,6 milyard manat təşkil edib.

Trend-in məlumatına görə, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə heyəti sədrinin vəzifələrini icra edən İbrahim Alışov Bakıda keçirilən Azərbaycan-Almaniya biznes forumunda deyib.

O bildirib ki, Azərbaycanda bank sektoru tədricən bərpa olunur və bunu biznes strukturlarına təqdim edilən kreditlərin həcmi təsdiq edir:

“Bu ilin ilk yeddi ayı ərzində banklar tərəfindən biznes strukturlarına 2,6 milyard manat kredit təqdim edilibsə, ötən il ərzində bu göstərici 4,3 milyard manata bərabər olub”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin