Liviyanın Benqazi şəhərində İD üzvləri 4 uşağı qətlə yetirib
Paylaş
·68 baxış·1 dəq oxu
Bakı. 14 May. REPORT.AZ/ Terrorçu "İslam dövləti" qruplaşmasına mənsup sulahlı dəstələr Liviyanın Bengazi şəhərinin yaşayış rayonlarını minaatanlardan atəşə tutub. "Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, partlayışlar nəticəsində ən azı 4 uşaq ölüb. Bölgədə Liviya ordusu ilə İD yaraqlıları arasında döyüşlərin davam etdiyi bildirilir. Qeyd edək ki, 2011-ci ildən Liviya faktiki olaraq iki hissəyə bölünüb.