Azərbaycanda təhsil alan iranlı tələbələr 20 Yanvar faciəsi ilə əlaqədar bəyanat yayıblar

14:38 16 Yanvar 2015
89 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 16 yanvar /Trend müxbir Təmkin Cəfərov/

Azərbaycanda təhsil alan iranlı tələbələr 20 Yanvar faciəsi ilə əlaqədar bəyanat yayıblar.

İranın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, bəyanatda qeyd olunur ki, iranlı tələbələr 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecədən 25 il ötməsinə baxmayaraq, Sovet ordusunun Bakıda dinc əhaliyə qarşı törətdiyi dəhşətli qırğını unutmayacaqlar.

Bəyanatda deyilir: "O gecə Ermənistanın işğalçı iddialarına qarşı çıxan qardaş Azərbaycan xalqı Bakının küçə və meydanlarına axışdı. Dinc xalqın üstünə yeridilən silahlı qoşunun hərəkətləri qanlı faciəyə səbəb oldu. Sovet qoşunlarının törətdiyi qırğın nəticəsində Bakıda 134 dinc vətəndaş öldürüldü, 600-dən çox insan yaralandı, 800-dən çox insan isə haqsız yerə həbs edildi. Qətlə yetirilənlər arasında beş millətin nümayəndələri, uşaqlar, qocalar, qadınlar və əlillər də var idi".

İranlı tələbələr bildirirlər ki, artiq 25 ildir dünya, o cümlədən İran xalqı 20 Yanvar faciəsini Azərbaycanın ümumxalq hüzn günü kimi qəbul edir və qeyd edir, konfranslar, tədbirlər, sərgilər təşkil etməklə Azərbaycanın dərdinə şərik olduqlarını nümayiş etdirir. "Biz Azərbaycanda təhsil alan iranlı tələbələr 20 Yanvar şəhidlərini dərin ehtiramla yad edir və bəşəriyyətə qarşı törədilən hər növ cinayəti pisləyirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin!"

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2354058.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR