Məscidə girəndə qılınan “məscidə salam” namazının qaydası necədir?

Məscidə girəndə qılınan “məscidə salam” namazının qaydası necədir?
22:57 5 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Buna "təhiyyatül-məscid" namazı deyirlər. Müstəhəbdir ki, adam məscidə girəndə gündəlik namazları qılmazdan əvvəl savab niyyəti ilə təhiyyat namazı qılsın. Əbuzər Ğifari rəvayət edir ki, Allah Rəsulunun məsciddə tək oturduğunu görüb Ona yaxınlaşdım. Mənə buyurdu: "Ey Əbuzər! Məscidə salam ver (təhiyyət et)". Soruşdum: "Necə salam verim, ey Allahın elçisi?" Buyurdu: "İki rükət namaz qıl" (Şeyx Səduq. Məaniyyül-əxbar, səh.333). Təhiyyat namazı da sübh namazı kimi iki rükətli qılınır, niyyətində "məscidə salam (təhiyyat) namazı qılıram, qürbətən iləllah" deyilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/791147.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR