“Skoda” körpüdən aşdı: 2 ölü, 2 yaralı - FOTO

“Skoda” körpüdən aşdı: 2 ölü, 2 yaralı - FOTO
10:17 7 Oktyabr 2019
496 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Düzcə vilayətində minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, insident səhər saatlarında Kiçikmelen körpüsündə qeydə alınıb. Məlumata görə, Ankara istiqamətinə hərəkət edən Şaban Qayacanın idarəetməsində olan İstanbul qeydiyyat nömrə nişanlı "Skoda Octavia" markalı avtomobil idarəetmədən çıxaraq körpüdən təxminə 30 metrlik hündürlükdən Melen çayı kənarına düşüb.

Nəticədə Sebahat Kayacan (65), Fadim Ağdoğan (73)  hadisə yerində həyatlarını itiriblər. Sürücü və Şevval Ebru Kayacan isə, təcili tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılıblar.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/792166.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR