Avropa çempionatına qatılacaq Azərbaycan ağırlıqqaldıranlarının adları bəlli olub

Avropa çempionatına qatılacaq Azərbaycan ağırlıqqaldıranlarının adları bəlli olub
19:42 7 Oktyabr 2019
83 Digər
Ölkə mətbuatı
A- A+

Rumıniyanın paytaxtı Buxarestdə yaşı 20 və 23-ə qədər olan ağırlıqqaldıranlar arasındakı Avropa çempionatı üçün Azərbaycan milli komandasının heyəti bəlli olub.  
Federasiyadan "Report"a verilən məlumata görə, U-20-lərin mübarizəsində Rüstəm Qasımov (67 kq), Tarmenxan Babayev (96 kq), Əliş Nəzərov (109 kq), İsmayıl Qurbanov (+109 kq) çıxış edəcək. Məhəmməd Məmmədli (67 kq), Elşad Şərifov (73 kq), Kənan Əliquliyev (81 kq) isə U-2-lərin yarışında çıxış edəcək. 
Qadınlardan isə Səbinə Əzimova (55 kq) U-20, Mərziyyə Məhərrəmova (49 kq) U-23 yaş kateqoriyasında qüvvəsini sınayacaq. 
Beynəlxalq dərəcəli hakim Məmməd Məmmədov Azərbaycanı hakim qismində təmsil edəcək.
Qeyd edək ki, Avropa çempionatı 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Yarış 17 - 27 oktyabrda keçirilcək. 

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/avropa-cempionatina-qatilan-azerbaycan-agirliqqaldiranlari

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR