Tramp: "ABŞ "inanılmaz yeni silahlar" hazırlayır"

Tramp: "ABŞ "inanılmaz yeni silahlar" hazırlayır"
09:32 8 Oktyabr 2019
34 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ ən yeni sualtı qayıqlar da daxil olmaqla "inanılmaz yeni silahlar" hazırlayır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə ABŞ prezidenti Donald Tramp deyib.

ABŞ prezidentinin dediklərinə görə, yaxın həftələrdə Amerika tərəfi bəzi yeni silah sistemlərini nümayiş etdirə bilər:

"Hazırda biz inanılmaz yeni silahlar hazırlayırıq. Heç kimin xəyal edə bilmədiyi silahlarımız var".

D.Tramp qeyd edib ki, ABŞ nüvə silahlarını inkişaf etdirir və yeniləyir:

"Heç kimin ağlına gəlməyəcəyi sualtı qayıqları qururuq. Ümid edirəm ki, onlardan heç vaxt istifadə etməyəcəyik".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/792471.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR