İndoneziyanın təhlükəsizlik nazirinə bıçaqla hücum edilib

İndoneziyanın təhlükəsizlik nazirinə bıçaqla hücum edilib
12:02 10 Oktyabr 2019
72 Digər
Ölkə mətbuatı
A- A+

İndoneziyanın siyasi işlər və təhlükəsizlik naziri Viranto Banten vilayətinə işgüzar səfəri zamanı naməlum şəxs tərəfindən bıçaqla hücuma məruz qalıb.
Bu barədə "Report" "The Jakarta Post"a istinadən xəbər verir.
Hücum nəticəsində nazir yaralanıb və dərhal xəstəxanaya yerləşdirilib. Hücum zamanı həmçinin yerli polis rəisi də yaralanıb.
Bildirilib ki, hücum nazirin yerli universitetin açılışında iştirak etməsindən sonra baş verib. Naməlum şəxs Viranto Banten maşına minən zaman ona hücum etməyə çalışıb.
Hücum faktı ilə əlaqədar artıq bir kişi və bir qadın həbs olunub.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-ndoneziyanin-tehlukesizlik-nazirine-bicaqla-hucum-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR