AVRO-2020: Türkiyə Albaniyanı qəbul edir

AVRO-2020: Türkiyə Albaniyanı qəbul edir
09:32 11 Oktyabr 2019
81 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində növbəti matçlar keçiriləcək.
"Report"un məlumatına görə, ikinci oyun günündə 3 qrupda 7 qarşılaşma təşkil ediləcək. A qrupunun lideri İngiltərə Çexiyanın qonağı olacaq. Qrupun digər görüşündə Monteneqro Bolqarıstanı qəbul edəcək. Avropa çempionatının son qalibi Portuqaliya Lüksemburla üz-üzə gələcək. B qrupunda həmçinin Ukrayna və Litva komandaları da qarşılaşacaq.
H qrupunun iddialı komandalarından Türkiyə Albaniyanı qəbul edəcək. Son dünya çempionu Fransa isə İslandiyanın qonağı olacaq. Qrupun autsayderi Andorra Moldova ilə görüşdə xal qazanmağa çalışacaq.


AVRO-2020
Seçmə mərhələ, VII tur
11 oktyabr


A qrupu
22:45. Çexiya - İngiltərə
22:45. Monteneqro - Bolqarıstan
Xal durumu: İngiltərə - 12 xal (4 oyuna), Çexiya - 9 (5), Kosovo – 8 (5), Monteneqro - 2 (5), Bolqarıstan – 2 (5)
B qrupu
22:45. Portuqaliya - Lüksemburq
22:45. Ukrayna - Litva
Xal durumu: Ukrayna – 13 xal (5 oyuna), Portuqaliya – 8 (4), Serbiya - 7 (5), Lüksemburq – 4 (5), Litva – 1 (5)
H qrupu
22:45. Andorra - Moldova
22:45. İslandiya - Fransa
22:45. Türkiyə - Albaniya
Xal durumu: Türkiyə - 15 xal (6 oyuna), Fransa - 15 (6), İslandiya – 12 (6), Albaniya – 9 (6), Moldova – 3 (6), Andorra – 0 (6)

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/avro-2020-turkiye-albaniyani-qebul-edir-afi-sa

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR