Türkiyə Suriyada 228 terrorçunu zərərsizləşdirib

Türkiyə Suriyada 228 terrorçunu zərərsizləşdirib
09:37 11 Oktyabr 2019
106 Dünya
Ölkə mətbuatı
A- A+

"Sülh Mənbəsi" (Barış Pınarı) əməliyyatı başlandıqdan bəri Türkiyə Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirilən terrorçuların sayı 228-ə çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi bildirib.

Nazirliyin açıqlamasında hava əməliyyatı zamanı daha 9 PKK / PYD-YPG terrorçusunun zərərsizləşdirildiyi bildirilib:

"Beləliklə, "Sülh Mənbəsi" əməliyyatı başlandıqdan bəri zərərsizləşdirilən terrorçuların ümumi sayı 228-ə çatıb".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/793308.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR