Bakıda vəfat edən tanınmış aktyor belə dəfn edildi – FOTOLAR

Bakıda vəfat edən tanınmış aktyor belə dəfn edildi – FOTOLAR
16:18 11 Oktyabr 2019
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru Saprıkin Aleksey Alekseyeviçin oktyabrın 8-də 64 yaşında vəfat tməsi ilə bağlı xəbər vermişdik.

Publika.az xəbər verir ki, tanınmış aktyor Bakı şəhər Yasamal rayonu ərazisində yerləşən rus məzarlığında dəfn edilib.

Aleksey Saprıkinlə kilsədə təşkil edilən vida mərasimindən bəzi fotoları təqdim edirik.

Qeyd edək ki, S.A.Alekseyeviç 1955-ci ilin avuqustun 18-də Bakı şəhərində anadan olub.

O, 2000-2009-cu illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, daha sonra isə ömrünün sonunadək Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında aktyor vəzifəsində çalışıb. Uzun müddət Azərbaycan Dövlət Akademik Rus Teatrının səhnəsində dram artisti kimi çalışan Aleksey Saprıkin müxtəlif səpkili rəngarəng obrazlar qalereyası yaradıb.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı aktyorun ölümü ilə əlaqədar başsağlığı verib.

Allah rəhmət eləsin!

Muxtar


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/292809.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR