Dövlət Dəniz Agentliyində “Donor günü” aksiyası keçirilib (FOTO)

Dövlət Dəniz Agentliyində “Donor günü” aksiyası keçirilib (FOTO)
18:08 11 Oktyabr 2019
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Talassemiya Federasiyasının təşkilatçılığı ilə Dövlət Dəniz Agentliyində “Donor günü” aksiyası keçirilib.

Agentlikdən Trend-ə verilən məlumata görə, kampaniyanın təşkil olunmasında məqsəd hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən insanlara, xüsusən uşaqlara yardım etmək və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaqdır.

Donorlar əvvəlcə həkim nəzarətindən keçirilib, onların sağlamlıq durumu müəyyənləşdirildikdən sonra aksiyada iştirak etmələrinə icazə verilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3131906.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR